
Niderland rus diplomatları ölkədən qovur.
Yeniavaz.com xəbər verir ki, bu barədə Niderland Hərbi Kəşfiyyat və Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, qərarə əsasən 17 rus diplomatı Niderlandı tərk etməli olacaq.
Qeyd edək ki, bundan əvvəl Niderland XİN ölkədə rus diplomatlarının sayının azaldılacağı barədə məlumat yaymışdı.