Zəlzələdə 21 ailə üzvünü itirdi... – Video


Türkiyənin Hatay vilayətinin Antakya rayonunun Dəmirköprü məhəlləsində yaşayan 73 yaşlı Ramazan Köksal zəlzələ nəticəsində 21 ailə üzvünü itirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Demirören Haber Ajansı” məlumat yayıb.
Bildirilib ki, Köksal əkiz körpələrə hamilə olan 26 yaşlı əkiz qızlarını və kürəkənini də itirib.
“Mən 9 uşaq atasıyam. 30 nəvəm var. Əkiz qızlarımdan biri Aysel, biri Yüksel iki qardaşla evləndilər. Ayselin əkiz uşaqları var idi. Yüksel 7 aylıq əkiz uşaqlara hamilə idi. Körpələr dağıntılar altından çıxarıldıqdan sonra onların sağ və ya ölü olduğunu bilmədik. Çünki 3-4 gündən sonra dağıntılar altından çıxarılıblar. Həkimə zəng ediblər. Həkim deyib ki, bu qədər müddətdən sonra sağ qalma ehtimalları yoxdur, onları dəfn edə bilərsiniz. Onları dəfn etdik. Ailəmdən 21 nəfər dünyasını dəyişib, onlardan 11-i mənim nəvəmdir”, - R.Köksal göz yaşları içərisində yaşadıqlarını danışıb.

DİGƏR XƏBƏRLƏR

Top