Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı artdı - Yenilənir


Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin rəhbəri Yunus Sezer Kahramanmaraş mərkəzli zəlzələlərdə həyatını itirənlərin sayının 41 min 156-ya çatdığını açıqlayıb.
Yeniavaz.com
TRT-yə istinadla xəbər verir ki, Hatayda 15 binada axtarış-xilasetmə işlərinin davam etdiyini deyib.

***08:44

Türkiyənin Kahramanmaraş vilayətində baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 41 min 20 nəfərə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunmsı Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, episentri Kahramanmaraşın Pazarcık və Elbistan rayonları olan dağıdıcı zəlzələlərdən sonra 6212 afterşok qeydə alınıb.
Qeyd olunub ki, nazirliklər, aidiyyəti qurumlar, müxtəlif ölkə və beynəlxalq təşkilatlar tərəfindən zəlzələdən daha çox zərər çəkmiş bölgələrə göndərilən 216 min 166 çadırın quraşdırılması başa çatdırılıb.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində iki yüksək maqnitudalı zəlzələ meydana gəlib.
Mərkəzi Pazarcık rayonu olan 7,7 və mərkəzi Elbistan rayonu olan 7,6 bal gücündəki zəlzələlər dəhşətli dağıntılara yol açıb.
Eyni gün Qaziantep vilayətində də 6,4 və 6,5 bal gücündə iki zəlzələ baş verib.
Zəlzələlər Kahramanmaraş, Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hatay vilayətlərində ciddi dağıntılara səbəb olub. Hələ də dağıntılar altında xeyli sayda insanın olduğu güman edilir.
Axtarış-xilasetmə işləri davam edir.

DİGƏR XƏBƏRLƏR

Top