Gülövşə kəndində şəhidlərin xatirəsi üçün hazırlanan abidənin açılış mərasimi keçirilib


Yevlax rayon Gülövşə kəndində şəhidlərin xatirəsi üçün hazırlanmış abidənin açılış mərasimi keçirilib.
Yeniavaz.com
xəbər verir ki, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edildikdən sonra dövlət himni səsləndirilib.
Tədbirdə Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, deputat İlham Məmmədov Yevlax şəhər İcra Hakimiyyəti başçısının müavini İlqar Hüseynov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Yeni Azərbaycan Partiyasının Yevlax Rayon təşkilatının sədri Rafiq Əliyev, Vətən müharibəsi iştirakçıları, hərbiçilər və qazilər, Yevlax rayonun mədəniyyət işçiləri, şəhid ailələrinin ailə həkimi Eldar Kərimov və bir sıra idarə, müəssisə rəhbərləri iştirak edərək şəhidlərin ailə üzvlərinə səbr diləyiblər. 
Məhz belə bir abidənin məktəbin həyətində hazırlanmasının önəmi vurğulanıb. Təhsil alanların vətənpərvər ruhda yetişdirilməsi üçün bu abidənin əhəmiyyətindən bəhs edilib. Kənd məktəbinin UTBR Təranə Yusibovanın hazırladığı tədbirdə, məktəb şagirdlərinin təqdimatındakı kompazisiya kövrək anlarla yadda qalıb. Tədbirdən sonra kənd sakinləri tərəfindən ehsan süfrəsi verilib. 
Qeyd edək ki, Şəhid Vasif Mövsümöv adın Gülövşə kənd tam orta məktəbinin həyətində hazırlanan abidədə kəndin 2-ci dünya müharibəsi iştirakçılarının siyahısı, 1990-cı idən başlanan müharibə zamanı həyatını itirən kəndin şəhidləri, 20 Yanvar, Xocalı faciələrini əks etdirən löhvələrlə yanaşı, Vətən müharibəsi zamanı şəhid olan Əsgər İsmayılzadə ,Kəlbəcər rayonunun Ömər aşırımında şəhadətə yüksələn Anar Cəfərov və sentyabr hadisələri zamanı şəhid olmuş Təbriz Rəhimovun xatirəsinə ucaldılan abidə Gülövşə kənd camaatının təşəbbüssü ilə hazırlanıb.


Esmira Hidayətova, Yevlax.

DİGƏR XƏBƏRLƏR

Top