Rusiya Xersonu bombaladı - Ölənlər var


Bu gün səhər Rusiya ordusu Xerson vilayətinin Berislavski rayonunun Burqunka kəndini artilleriya atəşinə tutub.
Yeniavaz.com
UNIAN-a istinadla xəbər verir ki, nəticədə bira ailənin 3 üzvü dünyasını dəyişib.
Xerson Administrasiyasından verilən məlumata görə düşmən xüsusilə dinc əhalini hədəf alıb:
"Düşmən mərmilərindən biri yerli sakinlərin həyətinə düşüb. Atəş zamanı evdə bir ailə - üç böyük və iki uşaq olub. Rusiyanın zərbəsi nəticəsində ana, ata və dayı yerindəcə ölüb. 13 yaşlı uşaq yaralanıb, xəstəxanaya yerləşdirilib. Daha bir uşaq isə möcüzəvi şəkildə xəsarət almayıb”.
Qeyd olunub ki, həmin kənddə daha bir 8 yaşlı uşaq rusların atəşi nəticəsində yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top