NATO Əliyev və Paşinyanın Münxendəki görüşünə münasibət bildirdi


“Həqiqətən aktualdır. Bu, Cənubi Qafqazda sabitliyin təminatı üçün açardır. NATO Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasını dəstəkləyir”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri tvitterdə NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Münxen Təhlükəsizlik Konfransının plenar iclasındakı görüşünə münasibət bildirərkən yazıb.
Qeyd edək ki ki, ötən gün Münxen Təhlükəsizlik Konfransı çərçivəsində fevralın 18-də "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclas keçirilib.
Tədbirdə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgen, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmid iştirak edib.

DİGƏR XƏBƏRLƏR

Top