6 fevraldan sonra bölgədə 6 min 40 afterşok qeydə alınıb


"Bölgədə afterşokların ümumi sayı 6 min 40-a çatıb. Silkələnmələr bir müddət davam edəcək".
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Zəlzələ və Riskin Azaldılması şöbəsinin müdiri Orhan Tatar deyib.
O bildirib ki, 4-5 bal arasında 436 afterşok qeydə alınıb:
“5-6 bal arasında isə 40 afterşok yaşanıb. 6,6 bal gücündə təkan da var. Son 12 gündə qeydə alınan zəlzələ sayını biz adətən orta hesabla 4 ay ərzində qeydə alırıq. Deyə bilərik ki, afterşoklar hər 3-4 dəqiqədən bir baş verir. Zəlzələlər bir müddət də davam edəcək. Zədələnmiş binalardan uzaq durmaq lazımdır”.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində iki yüksək maqnitudalı zəlzələ meydana gəlib.
Mərkəzi Pazarcık rayonu olan 7,7 və mərkəzi Elbistan rayonu olan 7,6 bal gücündəki zəlzələlər dəhşətli dağıntılara yol açıb.
Eyni gün Qaziantep vilayətində də 6,4 və 6,5 bal gücündə iki zəlzələ baş verib.
Zəlzələlər Kahramanmaraş, Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hatay vilayətlərində ciddi dağıntılara səbəb olub. Minlərlə insanın hələ də dağıntılar altında olduğu güman edilir.
Axtarış-xilasetmə işləri aramsız olaraq davam edir.

DİGƏR XƏBƏRLƏR

Top