
“Eyni zamanda, bizim beynəlxalq tərəfdaşlarımızla razılaşdırılıb ki, Qarabağdakı erməni azlığın hüquq və təhlükəsizliyi ilə bağlı müzakirələr olacaq. Biz bunu etməyə hazırıq, lakin erməni icmasının Qarabağda doğulmuş, həyatı boyunca Qarabağda yaşamış nümayəndələri ilə, Qarabağda rəhbər vəzifə tutmaq üçün Rusiyadan ixrac edilmiş şəxslə deyil. Ola bilsin “ixrac edilib” sözü düzgün deyil, ehtimal ki, mən “qaçırılıb” deməli idim. Azərbaycan Qarabağdakı erməni azlığın hüquq və təhlükəsizliyi ilə bağlı müzakirələrə hazırdır”.
Yeniavaz.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransının “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasında çıxışı zamanı deyib.
Tətbiqimizi yükləyə bilərsiniz