
Rusiya Qərb Qüvvələri Qrupunun bölmələri Xarkov vilayətinin Qryanikovka kəndini tamamilə nəzarətə götürüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-leytenant İqor Konaşenkov məlumat verib.
“Kupyansk istiqamətində Qərb Qüvvələr Qrupunun bölmələrinin hücum əməliyyatları nəticəsində Xarkov vilayətinin Qryanikovka qəsəbəsi tamamilə azad edilib”, - o bildirib.