ABŞ-da qəribə hadisə: Xərçəng diaqnozu qoyulan xəstənin aksenti dəyişdi


ABŞ-da prostat xərçəngi diaqnozu qoyulan xəstə daha əvvəl İrlandiyaya səfər etməməsinə rəğmən İrlandiya aksenti ilə danışmağa başlayıb.
Yeniavaz.com
BBC-yə istinadla xəbər verir ki, Şimali Karolina ştatında yaşayan 50 yaşlı xəstənin irland ləhcəsi ilə danışmağa başlaması maraqla qarşılanıb.
Hadisə Şimali Karolinadakı Duke Universiteti və Cənubi Karolinadakı Karolina Uroloji Araşdırma Mərkəzi tərəfindən birgə nəzərdən keçirilib.
"Bizim məlumatımıza görə, bu, prostat vəzi xərçəngi olan bir xəstədə qeydə alınan ilk, bədxassəli xəstədə isə üçüncü haldır", deyə vurğulanıb.
Hesabatda xəstənin 20 yaşlarında İngiltərədə yaşadığı, İrlandiyadan olan dostları və ailə üzvlərinin olduğu, lakin daha əvvəl heç vaxt xarici aksentlə danışmadığı bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top