Baydendən depressiya müalicəsi alan senatora dəstək


ABŞ Prezidenti Co Bayden klinik depressiyadan müalicə olunan Pensilvaniya senatoru Con Fettermana cəsarətli olduğuna və müalicəyə başladığına görə təşəkkür edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Bayden Tvitterdəki paylaşımında bildirib. O, klinik depressiyadan müalicə almağa başlayan Pensilvaniya senatoru Fettermanı dəstəkləyib.
Milyonlarla insanın hər gün təkbaşına depressiya ilə mübarizə apardığına diqqət çəkən Bayden, "ehtiyacımız olan müalicəni almağınız cəsarətli addımdır və vacibdir. Bu mövzuda nümunəvi bir davranış göstərdiyiniz üçün sizə minnətdarıq",- deyə bildirib.
Qeyd edək ki, Fettaremanın şəxsi katibi Adam Centleson 8 noyabr 2022-ci il ara seçkilərində türk əsilli rəqibi Mehmet Özə qalib gələrək Pensilvaniyadan senator seçilən Demokrat Fettermanın səhhəti ilə bağlı dünən yazılı açıqlama verib.
Fettermanın həyatı boyunca zaman-zaman depressiyadan əziyyət çəkdiyini qeyd edən Centleson həkimlərin məsləhəti ilə senatorun klinik depressiya müalicəsi almağa başladığını bildirib.
Senator 2022-ci ilin may ayında insult səbəbiylə danışmaqda çətinlik çəkdiyi üçün çıxışları yazıya alan monitordan istifadə edərək seçki kampaniyasını davam etdirib.

DİGƏR XƏBƏRLƏR

Top