Ordumuzun həkimləri Türkiyədə 61 cərrahi əməliyyat icra ediblər - Fotolar


Azərbaycan Ordusunun hərbi tibb personalı Kahramanmaraşda baş vermiş zəlzələ nəticəsində xəsarət alanlara tibbi yardım göstərməyə davam edir.
Müdafiə Nazirliyindən Yeniavaz.com-a verilən məlumata görə, hərbi həkimlərimiz Türkiyə Səhiyyə Nazirliyinin və Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
"Növbəti 36 cərrahi əməliyyatı uğurla icra edən tibb personalı, eyni zamanda xəsarət alan 223 nəfərə də ambulator yardım göstərib.
Bu günədək ümumilikdə Azərbaycan Ordusunun təcrübəli tibb personalı tərəfindən 61 cərrahi əməliyyat icra olunub, 419 nəfər isə müayinə edilib və onlara ambulator yardım göstərilib.
Qardaş ölkədə fəaliyyəti yüksək qiymətləndirilən təcrübəli hərbi tibb personalımıza xatirə hədiyyəsi təqdim edilib.
Hazırda Azərbaycan Ordusunun 20 nəfərlik hərbi tibb personalı Türkiyəyə ezam olunaraq qardaş ölkədə zəlzələdən xəsarət alanlara tibbi yardım göstərir", - MN-dən bildirilib.
 




DİGƏR XƏBƏRLƏR

Top