Zəlzələyə görə 50 milyard ianə edəcəyini dedi, əslində isə... - Video


Xəbər verdiyimiz kimi, Türkiyənin Kahramanmaraş vilayətində baş verən zəlzələlərdən sonra ölkənin məşhur simaları televiziyaların ortaq yayımında “Türkiyə Tək Ürək” kampaniyası üçün bir araya gəlib.
Yeniavaz.com
xəbər verir ki, ianə kampaniyasında maraqlı hadisə yaşanıb.
Belə ki, avtomobil qalereyasının sahibi Hamit Duraş "Türkiyə Tək Ürək" kampaniyası üçün 50 milyard lirə (4,51 milyard manat) ianə vermək istədiyini bəyan edib.
Lakin o, məbləği denominasiyadan (köhnə pul nişanlarının qəbul edilmiş nisbət qaydasında yenisi ilə əvəz edilməsi) əvvəl istifadə olunan məzənnə ilə deyib:
"Kampaniyaya telefonla qoşuldum. Mustafa Karataşa zəng vurub "mən də kömək etmək istəyirəm", - dedim. Nə qədər dedi? 50 milyard dedim. Təbii ki, bunu deyərkən köhnə pulları nəzərdə tuturdum. Sonra telefonu söndürdüm. Ardınca insanlar mənə zəng vurmağa başladı”.
Canlı yayımda onun 50 milyard lirə ianə verəcəyini eşidiləndə yaxınları Hamit Durasa zəng edərək baş verənləri izah ediblər. Oğlu sosial şəbəkədə vəziyyətə aydınlıq gətirməyə çalışıb.
Duras Mustafa Karataşa yenidən zəng edərək səhv olduğunu və bağışlamaq istədiyi məbləğin 50 min lirə (4506 manat) olduğunu söyləyib.

DİGƏR XƏBƏRLƏR

Top