Abid Qafarovun cinayət işi apellyasiya instansiyasına qaytarıldı


Fevralın 16-da Azərbaycan Ali Məhkəməsi ötən il həbs olunmuş "Kim.tv" Youtube kanalının əməkdaşı Abid Qafarovun cinayət işini apellyasiya instansiyasına qaytarıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə vəkil Aqil Layıc özünün sosial şəbəkə hesabında məlumat verib.
"Abid Qafarovun kassasiya şikayəti təmin edilərək iş yenidən apellyasiya baxışına qaytarıldı. Yeni qərar gözləyirdik, olmadı. Beləliklə Abid bəyin əsassız və qanunsuz həbsdə qalmaq müddəti süni şəkildə uzadılır…", - deyə vəkil bildirib.
Xatırladaq ki, A. Qafarov ötən ilin iyul ayında Yasamal Rayon Məhkəməsinin qərarı ilə bir il müddətinə azadlıqdan məhrum edilib.
Apellyasiya Məhkəməsi isə hökmü qüvvədə saxlayıb.
"Bakı Birlik" ictimai təşkilatının rəhbəri və "Kim.tv" YouTube kanalının aparıcısı Abid Qafarov 2022-ci il iyulun 13-də bir qrup Qarabağ müharibəsi veteranının şikayəti ilə bir il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Məhkəmə onu Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilib.

DİGƏR XƏBƏRLƏR

Top