Türkiyədəki zəlzələdə ölənlərin sayı 40 minə yaxınlaşdı - Yenilənib


Türkiyənin 11 vilayətində dağıntılara səbəb olan zəlzələdə ölənlərin sayı 39 672-yə çatıb.

Yeniavaz.com xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.


***08:48
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 38 min 44 nəfərə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində iki yüksək maqnitudalı zəlzələ meydana gəlib.
Mərkəzi Pazarcık rayonu olan 7,7 və mərkəzi Elbistan rayonu olan 7,6 bal gücündəki zəlzələlər dəhşətli dağıntılara yol açıb.
Eyni gün Qaziantep vilayətində də 6,4 və 6,5 bal gücündə iki zəlzələ baş verib.
Zəlzələlər Kahramanmaraş, Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hatay vilayətlərində ciddi dağıntılara səbəb olub. Minlərlə insanın hələ də dağıntılar altında olduğu güman edilir.
Axtarış-xilasetmə işləri aramsız olaraq davam edir.

DİGƏR XƏBƏRLƏR

Top