Çöpçülərlə bağlı həkimdən xəbərdarlıq - Video


Çöpçülərə müraciət ilə bağlı məsələyə münasibət birmənalı deyil. Bununla belə, influenza virusunun geniş yayıldığı bu günlərdə uşaqlarda tez-tez virusa yoluxma halları baş verir. Bunun nəticəsi olaraq uşaqların hərarəti qalxır, onlarda iştahsızlıq yaranır. Bəzi valideynlər isə bunu "çöpqalma" hesab edirlər.

Yeniavaz.com Xezerxeber.az-a istinadla xəbər verir ki, həkim proseslə bağlı ciddi şəkildə xəbərdarlıq edir. Yanlış müdaxilə boğulma ilə nəticələnə bilər.

Digər tərəfdən, çöpçünün müdaxiləsi də əlavə infeksiyaya səbəb ola bilər.

Həkim-pediatr Lalə Nurməmmədova deyir ki, influenza virusuna yoluxan xəstənin temperaturu 39-40 dərəcəyədək yüksələ və qızdırma 48 saatadək davam edə bilər. Bu vəziyyətdə çıxış yolu uşağa bol maye qəbul etdirmək, əgər keçməzsə, mütəxəssisə müarciət etməkdir.

Ətraflı videomaterialı təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top