Narkotik aludəçisi olan taksi sürücüsü həbs edildi


Paytaxtın Nərimanov rayonunda taksi fəaliyyəti ilə məşğul olan narkotik aludəçisi saxlanılıb. 

DİN-in Mətbuat xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə 1988-ci il təvəllüdlü Samid Abdullayev inzibati məsuliyyətə cəlb ediliməklə, taksi kimi fəaliyyəti dayandırılıb. 

Rayon məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsinə müvafiq olaraq barəsində 20 sutka həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunub.

DİGƏR XƏBƏRLƏR

Top