Vaksin olunanların sayı açıqlandı


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 243 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yeniavaz.com-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 72, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 64, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 95, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 12 nəfərdir.Vurulan vaksinlərin ümumi sayı 13 946 418 birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 403 446, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 878 237, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 399 280, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 455 nəfər təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top