Türkiyədə 3 milyard yardım etdi, daha çoxunu dövlətdən təşviq kimi geri aldı


Dünən Türkiyədə keçirilən yardım aksiyasında zəlzələyə görə, 3 milyard türk lirəsi (TL) ianə edəcəyini deyən məşhur iş adamı Mehmet Cengizə Türkiyə hökuməti tərəfindən 3 milyard 10 milyon TL təşviq verilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Resmi Gazete”də məlumat yayılıb.
Bildirilib ki, “Cengiz Holding”ə 100 faizli vergi endirimi, yatırımları üçün çox sayda güzəştlər edilib.
Qeyd edək ki, “Cengiz Holding” dövlət tenderlərini davamlı qazanan 5 iri holdinqdən biridir.

DİGƏR XƏBƏRLƏR

Top