Rusiya MN-in yüksək vəzifəlisinin meyiti tapıldı


Rusiya Müdafiə Nazirliyinin Qərb Hərbi Dairəsi (ZVO) üzrə maliyyə təminatı şöbəsinin rəisi Sankt-Peterburqda Zamşina küçəsində çoxmərtəbəli binanın pəncərələri altında ölü tapılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Mash on Moika Telegram” kanalı məlumat yayıb.
Bildirilib ki, meyitinin tapıldığı binada onun keçmiş əri yaşayır və o, ölümündən bir müddət əvvəl keçmiş ərinə zəng edib.
Qeyd olunur ki, daha sonra mərhumun sənədləri və əşyaları 16-cı mərtəbədəki ümumi eyvanda tapılıb.
Onun ölümünü Qərb Hərbi Dairəsinin mətbuat xidməti təsdiqləyib.
Bundan əvvəl Moskva yaxınlığındakı Qolikovo kəndində Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Ekstremizmlə Mübarizə Baş İdarəsinin keçmiş rəis müavini, general-mayor Vladimir Makarovun da meyiti tapılmışdı. Hüquq-mühafizə orqanları onun intihar etdiyini düşünür.

DİGƏR XƏBƏRLƏR

Top