"Ermənistan sülh müqaviləsi ilə bağlı təklifləri Bakıya verdi" - Paşinyan


“Fevralın 15-də Ermənistan Azərbaycanla sülh müqaviləsi üzrə işin növbəti mərhələsini başa vurdu və bu təklifləri də Bakıya verdi”.
Yeniavaz.com
xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
Onun sözlərinə görə, sənəd ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə də təhvil verilib:
"Biz layihə üzərində aşağıdakı məntiqlə işləyirik - hər an imzalamağa hazır olduğumuz sənədi əldə etmək. Aydındır ki, sənəd Azərbaycan üçün də məqbul olmalıdır. Amma ümid edirik ki, üç il ərzində müəyyən irəliləyişlər əldə olunub danışıqların mərhələləri hazırlanacaq”.
Qeyd edək ki, daha əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Ermənistan tərəfi Azərbaycanın sülh müqaviləsi ilə bağlı təkliflərini alıb.
Fevralın 14-də isə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan etmişdi ki, Ermənistan Azərbaycanla sülh müqaviləsinin mətni üzərində işləyir və onu yaxın vaxtlarda təhvil verəcək.

DİGƏR XƏBƏRLƏR

Top