
Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən zəlzələ baş vermiş Türkiyənin Kahramanmaraş şəhərinin sakinləri üçün növbəti müvəqqəti çadırlar qurur.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, Kahramanmaraş Sütçü İmam Universitetinin korpusunun həyətində FHN əməkdaşları tərəfindən 300 ədəd çadır qurulur. Çadırlar istilik sobaları və digər ləvazimatlarla təmin ediləcək.
Tətbiqimizi yükləyə bilərsiniz