
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Xalq rəssamı Natiq Kamal oğlu Əliyevin Azərbaycan Rəssamlıq Akademiyasının rektoru təyin edilməsi ilə bağlı Sərəncam imzalayıb.
Yeniavaz.com Natiq Əliyevin dosyesini təqdim edir:
Natiq Kamal oğlu Əliyev 10 avqust 1958-ci ildə Bakıda anadan olub.
1974-1978-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb. Məktəbi “Fərqlənmə diplomu” ilə bitirib. 1978-1983-cü illərdə təhsilini V.Muxina adına Sankt-Peterburq Ali Rəssamlıq Məktəbində davam etdirib. Natiq Əliyev 1980-1983-cü illərdə Lenin təqaüdçüsü olub. O, 2005-ci ildə “Azərbaycan Respublikasının xalq rəssamı” fəxri adına layiq görülüb, 2018-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib.
N.Əliyev Ümummilli lideri Heydər Əliyevin Kiyev (2004), Belqrad (2011), Tiflis (2007), Həştərxan (2010) şəhərlərində ucaldılmış abidələrinin müəllifidir.
Heykəltəraşın müəllifi olduğu digər abidələr aşağıdakılardır:
Böyük Vətən müharibəsində həlak olmuş həkim və tələbələrə həsr olunmuş abidə Leninqrad. (Sankt-Peterburq) (memar RSFSR-nın əməkdar memarı Y.N.Lukin). (1985)
Əliağa Vahidin abidəsi (Rahib Həsənovla birlikdə) (Bakı, 1990)
Heydər Əliyevin abidəsi (memar Vladimir Skulski. Kiyev, 2004)
Rumın bəstəkari Corc Eneskunun abidəsi (Bakı, 2006)
Heydər Əliyevin abidəsi (Tiflis, 2007)
Norveç səyyahı Tur Heyerdalın abidəsi (Şəki, Kiş kəndi)
Bəxtiyar Vahabzadənin abidəsi (Şəki, 2010)
Heydər Əliyevin abidəsi (Həştərxan, 2010)
Memar Zivərbəy Əhmədbəyovun abidəsi (Bakı, 2011)
Motsartın abidəsi (Bakı, 2011)
Serb yazıçısı Milorad Paviçin abidəsi(Belqrad, 2011)
Heydər Əliyevin abidəsi (Belqrad, 2011)
Üzeyir Hacıbəylinin abidəsi (Serbiya. Novi-Sad şəhəri, 2011)
Xocalı soyqırımı abidəsi (Sarayevo, 2012)
Xocalı soyqırımı abidəsi (Mexiko, 2012)
Hüseyn Cavidin abidəsi (Montoneqro. Podqoriça, 2013)
Knyaz Vladimirin abidəsi (Həştərxan, 2013)
Xocalı soyqırımı abidəsi (Ankara, 2013)
Dostluq Abidəsi ("Bakı-Həştərxan", 2013)
Xocalı soyqırımı abidəsi (Qızılca-Hamam. Türkiyə, 2014)
Amaliya Pənahovanın qəbirüstü abidəsi (2019)
Memorial növhələr isə bunlardır:
Məmməd Səid Ordubadi (1987)
Abdulla Şaiq (1988)
Xurşudbanu Natavan (1989)
Cəlil Məmmədquluzadə (1992)
General-Leytenant Hüseyn Rəsulbəyov (1993)
Afiyəddin Cəlilov (1994)
Akademik Lətif İmanov (1995)
Şövkət Ələkbərova (1996)
İlyas Əfəndiyev (1997)
Mirvarid Dilbazi (2004)
Əli Tudə (2005)
Cabir Novruz (2006)
Nəsrulla Nəsrullayev (2006)
Zeynal Cabbarzadə (2007)
Qeyd edək ki, N.Əliyev bu təyinatadək Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, heykəltəraşlıq kafedrasında emalatxana rəhbəri olub.
Tətbiqimizi yükləyə bilərsiniz