
PKK terror təşkilatının başçısı “Apo” ləqəbli Abdullah Öcalanın Kenyada saxlanılaraq Türkiyəyə gətirilməsinin 24-cü ildönümündə Ermənistanın paytaxtı İrəvanda bir qrup şəxs tərəfindən yürüş keçirilib.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, əllərində PKK-ya məxsus bayraqlar tutan yürüş iştirakçıları Abdullah Öcalanın lehinə şüarlar səsləndiriblər.
BMT-nin Ermənistan ofisinin qarşısında davam edən etiraz aksiyası zamanı Ermənistan Kürd Milli Şurasının sədri və eyni zamanda da Nikol Paşinyanın başçılıq etdiyi "Mənim Addımım" fraksiyasından olan yezidi kürd əsilli deputat Knyaz Həsənov çıxış edib.
“Biz bu gün bu məsələ ilə bağlı səsimizi ucaltmaq üçün BMT ofisinin qarşısına toplaşmışıq. Biz Öcalanın heç olmasa həyatının son illərində azad olmasını tələb edirik. Kürd xalqının lideri Öcalan Türkiyə həbsxanasında işgəncələrə məruz qalır”, - deyə Knyaz Həsənov bildirib.

Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz