MTN polkovnikinin şirkəti ləğv olunur


10 il əvvəl – 2013-cü ilin mart ayında dövlət qeydiyyatına alınan “Zaur-RM Kəndli Fermer Təsərrüfatı” MMC (VÖEN - 1303196661) ləğv olunduğunu açıqlayıb.
Yeniavaz.com
 xəbər verir ki, ləğvetmə elanında kreditorların iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, ev 4, mənzil 22 ünvanına bildirmələri istənilir.
Nizamnamə kapitalı 20 manat olan MMC-nin  qanuni təmsilçisi Mansurov Rüfət Talıb oğludur. Rüfət Mansurov şirkətin adını oğlu Zaurun və öz ad-soyadının baş hərflərinə uyğun adlandırıb.
Onu da qeyd edək ki, ləğv olunan şirkətin qanuni təmsilçisinin keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq İdarəsinin sabiq rəisi, polkovnik Mansurov Rüfət Talıb oğlu ilə eyni şəxs olduğu bildirilir.
Xatırladaq ki, Rüfət Mansurov MTN-də İstintaq İdarəsinin rəisi olduğu dövürdə bir sıra qalmaqallı cinayət işlərini araşdırıb. Ali Sovetin sabiq sədr müavini Afiyəddin Cəlilovun və Prezident yanında Xüsusi İdarənin sabiq rəisi Şəmsi Rəhimovun qətlə yetirilməsiylə bağlı istintaq işinə rəhbərlik edənlərdən biri olub.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top