Dağıntılar altında qalan 4 tələbənin də cəsədlərinin tapıldığı bildirilir - Yenilənib


Türkiyənin Malatya şəhərində fevralın 6-da baş verən zəlzələnin təsirindən uçub dağılan binanın altında qalan azərbaycanlı tələbələrdən 4-cüsünün də meyiti tapılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə "Report" məlumat yayıb.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Malatyadan olan millət vəkili Ahmet Çakır faktı təsdiqləyib.
Millət vəkili deyib ki, meyitlərin üzərində tibbi ekspertiza aparılıb və onların Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə olduğu müəyyən edilib.
Qeyd edək ki, daha əvvəl binanın dağıntıları altında qalan 4 azərbaycanlı tələbələrdən üçünün meyiti tapılıb.

Fevralın 6-da Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanları arasında Malatya şəhərindəki İnönü Universitetinin tələbələri olan - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə haqqında zəlzələ baş verdiyi vaxtdan bu günədək heç bir məlumat yox idi. Onların yaşadığı bina zəlzələnin təsirindən ağır dərəcədə dağıntıya məruz qalıb.

Tələbələrin valideynləri və yaxınları övladlarının axtarışı ilə bağlı Malatyaya gedib və doğmaları haqqında ümidverici xəbərlər gözləyiblər.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

İki zəlzələ, həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.


***22:10
Türkiyənin Malatya şəhərində zəlzələ zamanı dağılan binanın altında qalan 4 azərbaycanlı tələbələrdən daha ikisinin meyiti tapılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə "Report məlumat yayıb.
Bildirilib ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Malatyadan olan millət vəkili Ahmet Çakır məlumatı təsdiqləyib.

Millət vəkili deyib ki, dağıntılar altında qalan digər tələbənin axtarışı davam edir. Ahmet Çakırın sözlərinə görə, tələbələrin yaşadığı bina böyük, dağıntılar çox olduğu üçün axtarış işləri uzun vaxt tələb edib.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanları arasında Malatya şəhərindəki İnönü Universitetinin tələbələri olan - Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə haqqında zəlzələ baş verdiyi vaxtdan bu günədək heç bir məlumat yox idi. Onların yaşadığı bina zəlzələnin təsirindən ağır dərəcədə dağıntıya məruz qalıb.

Tələbələrin valideynləri və yaxınları övladlarının axtarışı ilə bağlı Malatyaya gedib və doğmaları haqqında ümidverici xəbərlər gözləyiblər.

Bununla da dağıntılar altında meyiti tapılan tələbələrin sayı 3-ə çatıb. Qeyd edək ki, daha əvvəl 2001-ci il təvəllüdlü Verdiyev Şahin Nail oğlunun meyiti tapılıb.


***21:07
Malatyada dağıntılar altında qalan 4 azərbaycanlı tələbədən birinin cəsədi tapılıb.

Yeniavaz.com xəbər verir ki bu barədə APA məlumat yayıb.
Bildirilib ki, Şahin Verdiyevin cəsədi dağıntılar altından çıxarılıb.

Digər üç nəfərin axtarışı davam edir.

Qeyd edək ki, Türkiyədəki zəlzələdən sonra Malatyadakı İnönü Universitetinin azərbaycanlı tələbələri Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə barədə məlumat almaq mümkün olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top