Azərbaycan və İsrailin NATO səfirləri görüşdü


Azərbaycanın NATO-dakı nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə ilə İsrailin Avropa İttifaqı (Aİ) və NATO-dakı səfiri Haim Regev arasında görüş olub.

Yeniavaz.com xəbər verir ki, bu barədə Cəfər Hüseynzadə "Twitter"də bildirib.
"İsrailin Aİ və NATO-dakı səfiri Haim Regevi Azərbaycanın NATO-dakı Nümayəndəliyində salamlamaqdan çox məmnun oldum. Biz NATO tərəfdaşlığı, regiondakı vəziyyəti və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə etdik. Biz Azərbaycanın İsraildə səfirliyinin açılmasını yüksək qiymətləndiririk", - deyə o qeyd edib..

DİGƏR XƏBƏRLƏR

Top