Haluk Levent yardım apararkən qəzaya düşdü - Foto


AHBAP xeyriyyə fondunun qurucusu və rəhbəri, müğənni, bəstəkar Haluk Levent Hataydan zəlzələnin episentri olan Pazarcık qəsəbəsinə yardım apararkən yol qəzası keçirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə incəsənət nümayəndəsinin özü sosial şəbəkə hesabında yazıb.
"Düşünürəm ki, Pazarcık yaxınlığındakı çuxurlu yola sürətli bir şəkildə girdik. Üzrxahlıqla yazıram, kəmər taxmamışdım, iki dəfə başımı tavana vurdum. Bir az əzələ zədəsi var. Çalışmağa davam edə biləcək vəziyyətdəyəm. Bir saatdan sonra işə qayıdacağam. Hamınız çox sağ olun. Mən həqiqətən yaxşıyam", - deyə H. Levent bildirib.
Qeyd edək ki, müğənni Türkiyədə zəlzələdə dağıntılara məruz qalmış ərazilərə milyonlarla lirə dəyərində yardım aparıb. O bu yardımları keçirdiyi ianə kampaniyaları sayəsində toplayıb.
Yerli kanallara verdiyi sonuncu müsahibəsində toplanan yardımın miqdarının 1 milyard lirəni keçdiyini bildirib.
 

DİGƏR XƏBƏRLƏR

Top