
Malatyada dağıntılar altında qalan azərbaycanlı tələbələrdən Gündüz Nəzərzadənin evindən Azərbaycan və Türkiyə bayraqları, eləcə də “Qurani-Kərim” kitabı tapılıb.
Yeniavaz.com xəbər verir ki, bu, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Vəqfinin və Azərbaycan Evinin rəhbəri, professor Aygün Attarın sosial şəbəkə hesabında paylaşdığı fotoda əks olunub.
Sözgedən fotonu təqdim edirik:

Qeyd edək ki, Malatyada dağıntılar altında qalan azərbaycanlı tələbələrin axtarışları davam edir.