Türkiyədəki zəlzələdə ölənlərin sayı 35 min 418 oldu - Yenilənib


Türkiyədə zəlzələdə ölənlərin sayı 35 418 nəfərə çatıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AFAD-ın qərargahında bildirib.
Onun sözlərinə görə, hazırda 105 505 nəfər yaralı var.


***14:59
Türkiyədə baş verən zəlzələlərdə ölənlərin sayı 31 min 974 nəfərə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində iki yüksək maqnitudalı zəlzələ meydana gəlib.
Mərkəzi Pazarcık rayonu olan 7,7 və mərkəzi Elbistan rayonu olan 7,6 bal gücündəki zəlzələlər dəhşətli dağıntılara yol açıb.
Zəlzələlər Kahramanmaraş, Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hatay vilayətlərində ciddi dağıntılara səbəb olub.
On minlərlə insanın hələ də dağıntılar altında olduğu güman edilir.
Axtarış-xilasetmə işləri davam edir.

DİGƏR XƏBƏRLƏR

Top