ABŞ senatorlarından Bəxtiyar Hacıyevlə bağlı Azərbaycana çağırış


ABŞ senatorları Riçard Cozef (Dik) Durbin cə Benjamin Luiş (Ben) Kardin Bəxtiyar Hacıyevlə bağlı Azərbaycana çağırış ediblər.
Yeniavaz.com
xəbər verir ki, hər iki senator bu barədə tvitterdə yazıb.
“Mən Azərbaycan hökumətini dekabrdan haqsız yerə şərlənərək həbsdə olan fəal Bəxtiyar Hacıyevi dərhal azad etməyə çağırıram. Biz insan hüquqlarını pozmağa çalışanların hamısını cavablandıra bilərik və edəcəyik”, - deyə Merilend ştatının senator Ben Kardin bildirib.
Ardınca isə İllinoys ştatının senator Dik Durbin onun yazdıqlarını paylaşaraq Azərbaycandakı siyasi məhbusların azad edilməli olduğunu bildirib:
“Mən inanıram ki, Azərbaycanın gələcəyi demokratiyalar cəmiyyətində olmalıdır, lakin fəal Bəxtiyar Hacıyev kimi siyasi məhbusların həbsi bu yolu sarsıdır. Azərbaycan Hacıyevi və digər siyasi məhbusları dərhal azad etməlidir”.

Qeyd edək ki, fevralın 11-də ABŞ Dövlət Departamenti də ictimai fəal Bəxtiyar Hacıyevlə bağlı Azərbaycana çağırış edib.
Qeyd edək ki, dekabrın 9-da Bəxtiyar Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb. Həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün həbs edib. Dekabrın 15-də Hacıyev həbsdən azad olunması tələbilə aclıq elan edib. İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin təkidli çağırışlarından sonra dekabrın 28-də axşam aclığı dayandırıb. Lakin Apellyasiya Məhkəməsi onun həbsilə bağlı şikayətini növbəti dəfə təmin etmədikdən sonra, yanvarın 9-da Bəxtiyar Hacıyev yenidən aclığa başlayıb və bu günədək aclığa davam edir. Yanvarın 21-də məhkəmə Bəxtiyar Hacıyevin həbs müddətini daha 1 ay uzadıb. Bu gün - 14 fevral onun aclıq aksiyasının 36-cı günüdür.

DİGƏR XƏBƏRLƏR

Top