ABŞ vurulan naməlum cisim barədə məlumat yaydı


Amerika Birləşmiş Ştatları son günlər Şimali Amerikada vurulmuş üç naməlum uçan obyektlə bağlı vəziyyətdə hər hansı yadplanetlilərin fəaliyyətinin əlamətlərinin müşahidə olunmadığını bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirdiyi brifinqdə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bildirib.
"Bunu Ağ Evdən eşitdiyinizə əmin olmaq istəyirəm. Bununla bağlı suallar və narahatlıqlar var idi, lakin yox, bunu təkrarlamaq istəyirəm. Yenə deyirəm, heç bir yadplanetli və ya Yerdənkənar fəaliyyət əlamətləri yoxdur. Mən əmin olmaq istəyirdim ki, Amerika xalqı bunu bilsin, siz də bunu biləsiniz. Və bizim üçün vacib idi”, - deyə o qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top