
Türkiyənin Kahramanmaraş şəhərində Fövqəladə Hallar Nazirliyinin axtarış-xilasetmə qrupları axşam saatlarında zəlzələ baş verən ərazidə əməliyyatları davam etdirir.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, hazırda azərbaycanlı xilasedicilər Kuddusi baba bulvarı küçəsində axtarış aparırlar. Əməliyyata xüsusi təlim görmüş itlər də cəlb edilib.
Qeyd edək ki, FHN-in qüvvələri indiyədək dağıntılar altından 51 nəfəri sağ, 614 nəfərin isə cəsədini çıxarıb.
Tətbiqimizi yükləyə bilərsiniz