
Türkiyədə zəlzələ səbəbilə dağılan binaların podratçılarının həbsi davam edir.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Adıyamanda uçan bir çox binanı tikən Yavuz Karakuş və Sevilay Karakuş İstanbulda saxlanılıb.
Xatırladaq ki, bundan əvvəl 40-a yaxın podratçının saxlandığı barədə məlumat yayılmışdı.