Fransadakı AES-də radioaktiv sızma aşkarlandı


Fransanın Lion şəhərini elektrik enerjisi ilə təmin edən ölkənin ən qədim atom elektrik stansiyasında radioaktiv sızma aşkar edilib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, 2022-ci ilin dekabrında Liondan 30 kilometr uzaqlıqda yerləşən Bugey Atom Elektrik Stansiyasında iki reaktorun tullantı sularında aparılan ölçmələrdə yüksək səviyyədə tritium sızmasının müşahidə edildiyi bildirilib.
Açıqlamada, ilk ölçmələrdə reaktorlardan birində yüksək sürətlə radioaktiv sızma aşkar edildiyi, sonrakı ölçmələrdə yüksək sürətlə olmasa da əhəmiyyətli radioaktiv tapıntıların müşahidə edildiyi bildirilib.
Buna baxmayaraq, bu nəticələrinin təhlükəli olmadığı qeyd olunub.

DİGƏR XƏBƏRLƏR

Top