Zəlzələdə ayrı düşən ata və qızının görüş anı gündəm oldu - Video


Hatayın Antakya rayonunda baş verən zəlzələdən sonra bir-birindən ayrı düşən ata və azyaşlı qızının günlər sonra görüşü zamanı yaşanan emosional anlar gündəm olub.

Yeniavaz.com İHA-ya istinadla xəbər verir ki, söhbət zəlzələdə həyat yoldaşını və 7 yaşlı oğlunu itirən Ahmet Ayan ilə 4 yaşlı qızı Qadənin görüşündən gedir.
Onlar axtarış-xilasetmə işləri zamanı ayrı düşsələr də, daha sonra Adanada görüşüblər.
Belə ki, ata müalicə üçün sözügedən şəhərə aparılıb. Günlər sonra isə Qade İskenderundan Adanaya gətirilib və burada atası ilə görüşdürülüb. Onlar bir-birini görən zaman qucaqlaşaraq ağlayıblar.

DİGƏR XƏBƏRLƏR

Top