
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 11 illik fəaliyyəti qeyd edilib. Bu münasibətlə Dövlət Xidməti Heydər Əliyev mərkəzində tədbir keçirib.
Yeniavaz.com xəbər verir ki, SHXÇDX-nin yaradılmasının 11-ci ildönümü münasibəti ilə keçirilən tədbirdə şəhər İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının, SHXÇDX-nin Mingəçevir şəhər şöbəsinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə ulu öndərin abidəsi ziyarət olunub, xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Tədbiri giriş sözü ilə açan SHXÇDX-nin Mingəçevir şöbəsinin rəisi, polkovnik Rövşən Məmmədov bütün şəxsi heyəti xidmətin yaranmasının 11-ci ildönümü münasibətilə təbrik edib.
O bildirib ki, bu gün doğma Azərbaycanımız hər birimizin gözü qarşısında sürətlə və hərtərəfli inkişaf edir.

Qeyd olunub ki, prezidentin hərbi xidmətə çağırış haqqında verdiyi fərmanlar Mingəçevirdə həmişə vaxtında icra olunur, çağırış tapşırıqlarına lazımi qaydada əməl olunur. Bu baxımdan xidmətin şəhər şöbəsinin şəxsi heyəti də qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsi üçün öz səy və bacarıqlarını əsirgəmir.
Tədbirin sonunda 11 illik yubley münasibəti ilə xidmətin əməkdaşlarına medal, fəxri fərmanlar təqdim olunub.


Esmira Hidayətova, Mingəçevir
Tətbiqimizi yükləyə bilərsiniz