Ölənlərin sayı 31 min 643 nəfərə çatdı... - Yenilənir


Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 31 643 nəfərə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Qeyd olunub ki, zəlzələdən zərər çəkmiş 158 min 165 nəfər bölgədən başqa əyalətlərə təxliyə edilib.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində iki yüksək maqnitudalı zəlzələ meydana gəlib.
Mərkəzi Pazarcık rayonu olan 7,7 və mərkəzi Elbistan rayonu olan 7,6 bal gücündəki zəlzələlər dəhşətli dağıntılara yol açıb.
Zəlzələlər Kahramanmaraş, Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hatay vilayətlərində ciddi dağıntılara səbəb olub. On minlərlə insanın hələ də dağıntılar altında olduğu güman edilir.
Axtarış-xilasetmə işləri aramsız olaraq davam edir.

DİGƏR XƏBƏRLƏR

Top