Türkiyədə zəlzələ bölgəsinə nə qədər insan və texnika cəlb olunub?


Türkiyədə zəlzələ bölgəsinə cəlb olunan şəxsi heyət və texnikanın sayı açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Bildirilib ki, zəlzələnin fəsadlarının aradan qaldırılması üçün ümumilikdə ərazidə 233 min 320 nəfərlik şəxsi heyət çalışır.
Qeyd olunub ki, əraziyə, həmçinin 12 min 322 texnika, 70 təyyarə, 24 gəmi və 319 səyyar mətbəx cəlb olunub.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində iki yüksək maqnitudalı zəlzələ meydana gəlib.
Mərkəzi Pazarcık rayonu olan 7,7 və mərkəzi Elbistan rayonu olan 7,6 bal gücündəki zəlzələlər dəhşətli dağıntılara yol açıb.
Sonuncu məlumatlara əsasən, zəlzələ nəticəsində həlak olanların sayı 29 605 nəfərə çatıb.
Zəlzələlər Kahramanmaraş, Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hatay vilayətlərində ciddi dağıntılara səbəb olub. On minlərlə insanın hələ də dağıntılar altında olduğu güman edilir.
Axtarış-xilasetmə işləri aramsız olaraq davam edir.

DİGƏR XƏBƏRLƏR

Top