
Qaziantepdə binanın dağıntıları altında qalan 40 yaşlı Sibel Kaya 170 saat sonra xilas edilib.
Yeniavaz.com “Anadolu” agentliyinə istinadla xəbər verir ki, "Əsrin fəlakəti" olaraq xarakterizə edilən Kahramanmaraş mərkəzli zəlzələlərdən zərər çəkən Qaziantepin İslahiye rayonunda binaların dağıntıları üzərində axtarış-xilasetmə işləri davam edir.
Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD), könüllülər, Güngören Bələdiyyəsi və Türkiyə Daş kömürü Təşkilatına bağlı axtarış-xilasetmə qrupları dağılmış 5 mərtəbəli yaşayış binasının birinci mərtəbəsinə çatıb.
Qrupların apardığı xilasetmə əməliyyatı nəticəsində dağıntıların altından zəlzələnin meydana gəlməsindən 170 saat sonra Sibel Kaya xilas edilib.
S. Kaya xəstəxanaya aparılıb.
Axtarış-xilasetmə işləri davam etdirilir.
Gaziantep'in İslahiye ilçesinde depremde yıkılan binanın enkazında kalan 40 yaşındaki Sibel Kaya 170 saat sonra sağ çıkarıldı https://t.co/aYLWW1C7YL pic.twitter.com/hkM2XZCbav
— ANADOLU AJANSI (@anadoluajansi) February 13, 2023