
Dəfnə yarpağı insanın immunitet sistemini gücləndirə, revmatik ağrıları aradan qaldıra bilər. Ancaq bəzi hallarda dəfnə yarpağı sağlamlığa zərər verə bilər.
Yeniavaz.com “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə fitoterapist Andrey Stepenski məlumat verib.
“Mədə və ya onikibarmaq bağırsağın peptik xorası dəfnə yarpağının istifadəsinə əks göstərişdir, çünki bu ədviyyat selikli qişaları qıcıqlandıra bilər. Dəfnə yarpaqlarından hamiləlik dövründə çox istifadə edilməməlidir”, - deyə mütəxəssis xəbərdarlıq edib.