Zəlzələdə dağılan bir çox binanın podratçıları Gürcüstana qaçarkən tutuldu


Türkiyədə baş vermiş zəlzələlərdə dağılmış bir çox binanın podratçısı olduqları müəyyən edilən Yavuz Karakuş və Sevilay Karakuş saxlanılıb.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, zəlzələlərdən ən çox zərər çəkən vilayətlərdən biri olan Adıyamanda dağılan bir çox binanın podratçısı olan şəxslər Gürcüstana qaçmaq istəyərkən İstanbul Hava Limanında saxlanılıblar.
İstanbul Hava Limanında beynəlxalq terminala gələn Yavuz Karakuş və Sevilay Karakuşun şəxsiyyət vəsiqələri yoxlanılarkən kim olduqları müəyyən edilib və saxlanılıblar.
Həmçinin Qaziantepdə dağılan “Pamukoğlu” yaşayış kompleksinin tikintisinə rəhbərlik etmiş inşaat mühəndisi Afyonkarahisarda saxlanılıb.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində iki yüksək maqnitudalı zəlzələ meydana gəlib.
Mərkəzi Pazarcık rayonu olan 7,7 və mərkəzi Elbistan rayonu olan 7,6 bal gücündəki zəlzələlər dəhşətli dağıntılara yol açıb.
Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurumun verdiyi sonuncu məlumata əsasən 24 min 921 binada ciddi dağıntılar müəyyən edilib.
Axtarış-xilasetmə işləri davam edir.

DİGƏR XƏBƏRLƏR

Top