"Bakı zəlzələyə hazır deyil, Allahın ümidinə buraxılmışıq" - Video


"Bakı zəlzələyə hazır deyil".
Yeniavaz.com
xəbər verir ki, bu sözləri seysmoloq Ənvər Əliyev “Hamam Times”a danışarkən deyib.
O bildirib ki, zəlzələyə hazırlıqlı olmaq üçün tikilən binaların strukturu sağlam olmalıdır:
“Əgər Bakıda 10 milyonluq Azərbaycan əhalisinin 40 faizi – 4 milyon insan yaşayırsa, burada yenidən nəsə eləmək problemdir. Mənim heç ağlıma da gəlmir ki, o binalar söküləcək, təzədən tikiləcək, bu mümkün olan şey deyil. Biz burada Allahın ümidinə buraxılmışıq”.
Ə. Əliyev deyir ki, şəhər rəhbərliyi, hakimiyyət orqanları belə məsələlərdə diqqətli olmalıdır.

DİGƏR XƏBƏRLƏR

Top