Azərbaycandan Türkiyəyə stasionar generatorlar göndərilib.
Bu barədə Yeniavaz.com-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Mühəndis Qoşunlarının təminatından qardaş ölkəyə yüksək gərginlikli generatorlar göndərilib:
"Fasiləsiz elektrik enerjisinin təminatı məqsədilə göndərilən generatorlar nəqliyyat vasitəsilə Türkiyəyə yola salınıb".




