6 ay əvvəl Kahramanmaraşda zəlzələ barədə dedikləri gündəm oldu - Video


İYİ Parti Kahramanmaraş vilayəti təşkilatının sədri Ahmet Çabukelin 3 Avqust 2022-ci ildə mətbuata açıqlama verdiyi və şəhərdə baş verə biləcək zəlzələlərlə bağlı səlahiyyətlilərə xəbərdarlıq etdiyi görüntüləri gündəm oldu.
Yeniavaz.com
xəbər verir ki, o, sözügedən çıxışında yaxın gələcəkdə baş verə biləcək zəlzələyə qarşı heç bir tədbir görülmədiyini deyir və səlahiyyətliləri tədbir görməyə çağırır:
"Zəlzələ qapımızda deyil, ayağımızın altındadır. Kahramanmaraşda kəşf edilən 2 böyük qırılma xəttində 2 böyük zəlzələ gözlənilir! 7 bal gücündən daha böyük zəlzələ gözləyirik. Zəlzələyə hazır deyilik!".
Həmin kadrları təqdim edirik:

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində iki yüksək maqnitudalı zəlzələ meydana gəlib.
Mərkəzi Pazarcık rayonu olan 7,7 və mərkəzi Elbistan rayonu olan 7,6 bal gücündəki zəlzələlər dəhşətli dağıntılara yol açıb.
Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurumun verdiyi məlumata əsasən 24 min 921 binada ciddi dağıntılar müəyyən edilib.
Artıq ölənlərin sayı da 25 minə çatmaq üzrədir - 24 617.
Axtarış-xilasetmə işləri davam edir.

DİGƏR XƏBƏRLƏR

Top