Hatay vilayətinin Antakya rayonu Kışla Saray Məhəlləsində yerləşən yaşayış binasının dağıntılarından səs gəldiyini aşkar edən xilasetmə qrupları burada işlərini gücləndirib.
Yeniavaz.com “Anadolu” agentliyinə istinadla xəbər verir ki, nəticədə Həmzə adlı 7 aylıq körpə 140 saat sonra dağıntılar altından xilas edilib.
Onu dağıntılar altından Kocaeli Böyükşəhər Bələdiyyəsinin xilasediciləri çıxarıb.
Hatay'ın Antakya ilçesinde enkaz altında kalan 7 aylık bebek, Kocaeli Büyükşehir Belediyesi itfaiye ekipleri tarafından 140 saat sonra kurtarıldı https://t.co/56TTRI993N pic.twitter.com/J16KZycp02
— ANADOLU AJANSI (@anadoluajansi) February 11, 2023
Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində iki yüksək maqnitudalı zəlzələ meydana gəlib.
Mərkəzi Pazarcık rayonu olan 7,7 və mərkəzi Elbistan rayonu olan 7,6 bal gücündəki zəlzələlər dəhşətli dağıntılara yol açıb.
Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurumun verdiyi məlumata əsasən 24 min 921 binada ciddi dağıntılar müəyyən edilib.
Axtarış-xilasetmə işləri davam edir.