FHN Türkiyədəki xilasetmə əməliyyatlarından kadrlar yaydı - Video


Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri Türkiyədə zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 51 nəfəri sağ, 518 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bu barədə Yeniavaz.com-a FHN-dən bildirilib.

Qeyd edilir ki, Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər:

"Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək".

DİGƏR XƏBƏRLƏR

Top