
Ermənistan-Türkiyə arasındakı Alican Sərhəd Qapısı Kahramanmaraşda zəlzələdən zərər çəkmiş ailələrə yardım göstərilməsi üçün 35 ildən sonra açılıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ermənistanın yardım yüklü 5 yük maşını bu gün Türkiyəyə daxil olub.
Qeyd edək ki, sözügedən sərhəd qapısı sonuncu dəfə 1988-ci ildə istifadə edilib.