Fevralın 12-13-də ölkə ərazisində hava şəraitinin sabit olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir
Bu barədə Yeniavaz.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, ölkə ərazisində müşahidə olunan yağıntılar 11-i gecə saatlarından kəsilib.
Qar örtüyünün hündürlüyü Qaxda 44 sm, Ağdərədə (Ordubad) 27 sm, Şəkidə 22 sm, Xaltanda 14 sm, Qusar, Qrızda 11 sm, Gədəbəydə 8 sm, Qubada, Yardımlıda, Zaqatala, Şahbuz, Oğuzda, Qobustanda 5 sm olub.
Duman Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Balakən, Şəki, Qax, Şamaxı, Qobustan, Göyçay, Lerikdə müşahidə olunub, dumanda görünüş məsafəsi 50-200 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu fevralın 10-da Bakıda temperatur iqlim normasından 4,3 dərəcə aşağı olub, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək isti, Naxçıvanda 12 dərəcəyədək şaxta, dağlıq rayonlarda 15-20 dərəcə şaxta, aran rayonlarında 2 dərəcəyədək şaxta olub.
Fevralın 12-13-də ölkə ərazisində hava şəraitinin sabit olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 13-ü axşam qısamüddətli yağıntı olacağı, dağlıq ərazilərdə qar yağacağı, qərb küləyinin arabir güclənəcəyi gözlənilir.