Yoluxanların sayı açıqlandı


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 15 yeni yoluxma faktı qeydə alınıb, 21 nəfər müalicə olunaraq sağalıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 828 210 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 817 965 nəfər müalicə olunaraq sağalıb, 10 098 nəfər vəfat edib, aktiv xəstə sayı 147 nəfərdir. Ölkədə son sutka ərzində 1147, hazırkı dövrədək isə 7 504 181 test aparılıb.

Bundan əlavə Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 211 vaksin vurulub.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 61, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 52, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 78, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 20 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 945 213, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 403 068, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 877 850, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 398 888, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 407 nəfər təşkil edir.


DİGƏR XƏBƏRLƏR

Top